“Onun həyatını alt-üst edəcəyəm” - QALMAQAL
3 Oktyabr 2012 20:14 MədəniyyətGənc müğənni Sevinc Musayeva ərə gedəcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. Müğənni Lent.az-a açıqlamasında söylənənləri şayiə adlandırıb: "Bu şayiənin yayanın kim olduğunu bilirəm. O, belə bir xəbər yayıb ki, guya mən ona ərə gedirəm. Bu xəbəri yaymaqla o adam başını daşdan-daşa vurur. O, mənimlə evlənməklə məşhur olmaq istəyir. Amma bu, olmayacaq. O, iki il mənim yanımda işləyib. Mən birdə bu xəbəri hardansa eşitsəm, onun həyatını alt-üst edəcəyəm. Mənə indi də elçi gələnlər var, amma hələ ərə getmək fikrim yoxdur. Çünki hələ bu sənətdə sözümü deməmişəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31