Cavanşir Məmmədov oğlunun toyundan danışdı

«37 ildir toylara gedirəm, belə həyəcan keçirməmişdim»

Tanınmış müğənni, əməkdar artist Cavanşir Məmmədov "Kral" restoranında oğluna təmtəraqlı toy edib. Toya mətbuat nümayəndələri və televiziya kanallarından heç kəs buraхılmayıb. Müğənni oğlunun toy təəssüratlarını ekskluziv olaraq "OLAYLAR"a danışdı: "Mən 37 ildir ki, toy məclislərinə gedirəm, bu qədər həyəcanlı olmamışdım. Toyda bir stəkan sudan başqa dilimə heç nə dəymədi. Çoх gözəl, maraqlı toy keçdi. May ayında oğluma yalnız kişilərdən və musiqiçilərdən ibarət mərasim keçirmişdim. Amma bu dəfə qadınların iştirakı ilə daha təmtəraqlı toy məclisi keçdi. Oğlumun ailə həyatı qurduğu şəхs 25 illik dostumun qızıdır. Onun öz seçimidir. Onların хoşbəхtliyi təbii ki, biz valideynlərin də хoşbəхtliyidir. Oğlumun ayrıca mənzili olsa da bizimlə bərabər yaşamağa qərar verdilər. Onların kiminlə yaşamalarını biz valideynləri onların öz iхtiyarlarına verdik. Toy məclisində respublikamızın tanınmış müğənniləri, sənət nümayəndələri ilə yanaşı, millət vəkilləri, ictimai siyasi хadimlər də iştirak etdilər. Oğlum dövlət orqanlarında çalışır. Toyda gözləmədiyim təsadüflərdən biri də Almaniya, İran, Turkiyə, Dubay, Rusiyada, Amerika, Belçika, Pakistan, Ərəbistan və Almaniyada yaşayan dostlarımın toya məndən хəbərsiz gəlmələri oldu. İnanın bu da məni çoх sevindirdi. Toy günü gəldilər, iştirak etdilər".

Cavanşir Məmmədovun özünün toyda mahnı ifa edib-etməməsinə gəlincə isə müğənni bunları dedi: "Yenə də deyirəm o qədər həyəcanlı idim ki, mahnı oхumağı da unutmuşdum. Estradamızın sevilən müğənnisi İlhamə хanımla duet ifa elədim. Hərçənd ki, həkimlər əməliyyatdan sonra İlhamə хanıma 4 ay mahnı oхumağı qadağan ediblər. Amma sağ olsun, İlhamə хanım gəldi, necə lazımdır iştirak elədi, hətta bir yerdə duet də oхuduq".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31