Rafet El Roman yeni ili harada qarşılayacaq?

Türkiyənin populyar müğənnisi Rafet El Roman yenidən Azərbaycanda konsert verəcək. 
Konsertin təşkilatçısı Nahid Emiloğlu Lent.az-a açıqlamasında bildirib ki, türkiyəli müğənni dekabrın 31-də, Yeni İl gecəsi Qəbələdə yerləşən "Qafqaz Riverside" otelində konsert proqramı ilə çıxış edəcək. Təşkilatçı bildirib ki, saat 12-də xüsusi atəşfəşanlıq olacaq və eksklüziv olaraq həmin gecə üçün xüsusi rəqs şousu təqdim ediləcək. Tamaşaçılara mükəmməl şou vəd edən təşkilatçı bildirib ki, konsert üçün biletlərin qiyməti hələlik dəqiqləşməyib.  Qeyd edək ki, Türkiyənin meqa-star Tarkanın Qəbələdə konsert verəcəyi deyilsə də, hələlik bu, konsert baş tutmur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31