Azərbaycanın gənc yazarından Aygün Kazımovaya qarşı paltar iddiası...

"Mən də gəlinliyimi paylaşım və Aygünün də həmin paltarı kimdən götürməsi məlum olsun". Hamının Cennifer Lopesin Azərbaycanın xalq artisti Aygün Kazımovanın paltarının eynisini geyinməsini danışdığı bir vaxtda gənc yazar Sevinc Çılğın daha maraqlı iddia ilə çıxış edib. Milli.Az-ın məlumatına görə, S.Çılğın şəxsi Facebook profilində yazıb ki, insanlar Aygün Kazımovanın J.Lo-nun bənzər paltarlarının fotosunu paylaşırlar ki, güya J.Lo həmin paltarı A.Kazımovadan götürüb:
"Mən də gəlinliyimin şəklini paylaşım və Aygünün də həmin paltarı kimdən götürməsi məlum olsun. Heç kəs deyə bilməz ki, Aygün və ya hər hansı modelyer mənim paltarımı görməyiblər. Çünki dəfələrlə efirlərdə göstərilib, üstəlik də hamı bundan danışırdı. 
Toyumdan 2 və ya 3 ay sonra o paltar ortaya cıxdı. Sağ olsun modelyerim Zülfiyyə Sultan. Tam orijinal bir şey çıxarmışdı ortaya. Nə qədər uğurlu olduğumuz hələ də özünü sübut etməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31