4-cü Beynəlxalq Uşaq Muğam Festivalının seçim turları yekunlaşıb

Festivalda təmsil olunan ölkələrin sayı Azərbaycan da daxil olmaqla 8-ə çatıb

Bakıda keçirilən 4-cü Beynəlxalq Uşaq Muğam Festivalının seçim turları artıq yekunlaşıb və final mərhələsi oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin reallaşdırdığı bu layihənin əsas məqsədi muğam ənənələrini yaşatmaq və milli dəyərlərimizi bu orijinal musiqi forması ilə dünya miqyasında tanıtmaqdır.
İlk dəfə 17 il öncə Respublika miqyasında təşkil olunan Uşaq Muğam Festivalı hal-hazırda 4-cü ildir ki, beynəlxalq səviyyədə reallaşmaqdadır. 2009-cu ildə start götürən 1-ci Beynəlxalq Uşaq Muğam Festivalının işində yalnız 1 ölkə (Özbəkistan) iştirak edirdisə, hal-hazırda təmsil olunan ölkələrin sayı Azərbaycan da daxil olmaqla 8-ə çatıb.
May ayından başlanan seçim turları sentyabr ayında yekunlaşıb. Azərbaycanı bu festivalda müxtəlif regionlardan gənc istedadlar təmsil edir. Təşkilat komitəsinin qərarı ilə aşağıdakı nominasiyalar üzrə mükafatlar təsis edilib:
- baş mükafat Gran-pri, pul mükafatı, bir 1-ci yer, iki 2-ci yer, iki 3-cü yer, beş həvəsləndirici.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31