İradə İbrahimovadan şok ittiham

Müğənni İradə İbrahimova yerli müğənnilərin özlərini Röyaya oxşatmaq istəyindən narazıdır. Bu barədə müğənni ATV telekanalının "10-lar" verilişinə bildirib. "Onların hamısı səslərini Röyanın səsinə oxşatmağa çalışırlar. Hətta kişilər də oxuyanda adama elə gəlir ki, bu mahnını Röya oxusaydı, daha yaxşı olardı. Sanki Röyanı parodiya edirlər. Röyanın öz ifa tərzi və öz auditoriyası var. Bu səbəbdən onun kimi oxumağa çalışmaq lazım deyil.İ.İbrahimova onu da bildirib ki, Röyanın şou-biznesdə öz yeri var və heç kim bu yeri onun əlindən ala bilməz. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31