Cavanşir Məmmədovun oğlu evləndi
3 Oktyabr 2012 13:29 MədəniyyətƏməkdar artist Cavanşir Məmmədov paytaxtın prestijli restoranlarından birində oğluna toy edib. Lent.az-ın əməkdaşı mətbuat nümayəndələrinin girişinə qadağa qoyulan mərasimdən fotolar çəkə bilib. Məclisə dəvətlilər sırasında xalq artistlər İlhamə Quliyeva, Azər Zeynalov, Mənsum İbrahimov, əməkdar artistlər Zöhrə Abdullayeva, Firuzə İbadova, müğənnilər Nadir Qafarzadə, Əli Mirəliyev, Elariz Məmmədoğlu, Mənzurə Musayeva, Tunar Rəhmanoğlu, Hacı Nazim və başqaları olub.
Xəqani Məmmədovun toyunu əməkdar artist Abbas Bağırov idarə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31