Məşhur teleaparıcı əkiz uşaq anası olacaq

Hər zaman ekrandan tamaşaçısına pozitiv enerji yükləyən İctimai Televiziyanın tanınan aparıcılarından olan Hüsniyə Məhərrəmova ana olmağa hazırlaşır. Dekabrda əkiz uşaq dünyaya gətirəcək teleaparıcı həmin tarixdə Bakıdan uzaqda olacaq.Publika.Az-ın məlumatına görə, dekabrda Amsterdamda "Junior Eurovision" keçiriləcək. Hüsniyyə təmsilçi heyətlə səfərdə olacaq. O ərəfədə ana olacağı gözlənilən H.Məhərrəmova əkiz övladını da orada dünyaya gətirməyə qərar verib. Tanınmış xanım hər iki işin öhdəsindən gələ biləcəyinə əmindir. Hələlik isə o, çalışdığı televiziyada işlərini bir qədər azaldıb. Vaxtını daha çox istirahətə ayırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31