Rəşad Məcid Yazıçılar Birliyinin sədri olar
“Əgər Anar istəsə..."
3 Oktyabr 2012 10:27 MədəniyyətAzərbaycan Yazıçılar Birliyinin qurultayı 2014-cü ildə keçirilə bilər."Qafqazinfo" xəbər verir ki, bunu Azadlıq Radiosuna müsahibəsində AYB-nin katibi Rəşad Məcid deyib. O, bildirib ki, hələ bununla bağlı qərar yoxdur, sadəcə, özü belə düşünür ki, qurultayın həmin vaxt keçirilməsi düzgün olar.R. Məcid birliyin sədrinin klm olacağı barədə sualı belə cavablandırıb: "Allah Anar müəllimin canını sağ eləsin. Mən onun iti ağlına çox heyranam. Yaddaşı da, ağlı da, hamısı yerindədir. Anar müəllim 2014-cü ildə qalmaq istəyərsə, qalar. Yox ortaya yeni ad qoyarsa... Burda əsas Anar müəllimin mövqeyi olacaq. Onun dediyi ad növbəti sədr olacaq".Katib deyib ki, əgər Anar istəyərsə, o (Rəşad Məcid) sədrliyə namizəd ola bilər: "İstəmirəm AYB sədri olmaq... o qədər də istəmirəm. Əgər şərait yetişsə, desələr ki, mən lazımam, onda olaram. Ən birinci də Anar müəllimin sözü mənim üçün vacibdir. O desə, olaram"."Niyə Anar sizin üçün avtoritetdir?" sualına cavab olaraq R. Məcid deyib: "Uşaqlıqdan onun əsərləri ilə, tamaşaları, filmləri ilə böyümüşəm. Son 8 ildə onunla işləyirəm. Hesab edirəm ki, ömrümün ən sanballı illərini keçirirəm. Anar müəllimin prinsipiallığını da görmüşəm, özünə ziyan olsa belə kimisə dəstəkləmədiyini də".Bəs AYB-yə yeni lider lazım deyilmi: "Olacaq. Lider, avtoritet bir günə yetişmir ki... Anar müəllim, Fikrət müəllim də elə bilirəm istəyəcəklər ki, AYB təzələnsin, təzə ruh gəlsin. Amma o köhnə ruh orda həmişə qalacaq. Mənim ordakı otağımda "Azərcell"in dalğaları tutmur. Hərdən zarafatla deyirəm ki, bizim köhnə yazıçıların ruhu ordadır, ona görə tutmur. Ona görə də ora kənar, yad dalğaları buraxmaq lazım deyil".