Azərbaycanın əməkdar artisti oğluna qadağalı toy edir
2 Oktyabr 2012 19:49 MədəniyyətMəclisə media nümayəndələri buraxılmayacaqlar. Milli.Az xəbər verir ki, oktyabrın 2-də paytaxtın prestijli restoranlarının birində Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov oğlu Xəqani üçün təmtəraqlı toy edəcək. Əməkdaşımızla telefon söhbətində ailəsinin xoş gününə sevindiyini gizlətməyən müğənni oğlunun xeyir işini işıqlandırmaq istəyən jurnalistlər üçün bəd xəbərini bizim vasitəmizlə çatdırdı: "Media mənsublarına böyük hörmətim var.
Ancaq məndən inciməyin, mənim və oğlumun israrı ilə oğlumun toyunda çəkiliş aparılmasını istəmirik. Şou-biznes əhli üçün mayın 1-də oğlan toyu etmişdik. İndi isə qohum-əqrəbanın iştirakı ilə məclis edirik. Qapıda mühafizəçilərə tapşırılacaq ki, jurnalistlər zala daxil olmasınlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31