Nizami Gəncəvinin 870-illik yubileyi ilə bağlı sərgi fəaliyyətdədir
2 Oktyabr 2012 19:57 MədəniyyətAMEA Mərkəzi Elmi Kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub. Sərgidə şairin həyat və yaradıcılığına həsr olunan Azərbaycan, Avropa və Şərq dillərində olan 200-dən artıq ədəbiyyat və müxtəlif çap əsərləri nümayiş etdirilir. AMEA informasiya xidmətinin məlumatına görə MEK-də təşkil olunan sərgi president İlham Əliyevin "Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən həyata keçirilir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31