Xəttab qırmızı xətti keçdi

Tanınmış təşkilatçı prodüsser Samir Xattab bu dəfə müğənniləri geridə qoyub.
Cəsarətli şəkillər çəkdirən prodüsser "Qafqazinfo"ya açıqlama verərək bildirib ki, ona gördüyü işlərlə bağlı söz atan çoxdur: "Bir çox lahiyələrimlə gündəmdə olmağıma baxmayaraq çoxları mənə söz atır. Mənə söz atanlar öz keçmişinə nəzər etsin. Çünki məndə olan məlumat heç kimdə yoxdur, lazım olarsa faktla qarşılarına çıxa bilərəm".
Samir onu da deyib ki, əgər onun intim şəkiləri yayılıbsa, bunun heç kimə dəxlisi yoxdur: "Bu mənim şəxsi həyatımdır. Çox gözəl fotosessiya alınıb".
Qeyd edək ki, Samir Xəttab noyabrın 3-də məşhur müğənni Eldar Dolqatovun konsertini Bakıda təşkil edib. Konsertin informasiya dəstəyi isə "Qafqazinfo"ya məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31