İradə İbrahimova şikayətləndi
«Büdcəm iri layihələr həyata keçirməyə imkan vermir»
2 Oktyabr 2012 15:56 MədəniyyətTürk vətəndaşı ilə ailə həyatı qurub hazırda Türkiyədə yaşayan estradamızın sevilən müğənnisi İradə İbrahimova hazırda Bakıdadır. Hər gəlişində mətbuata asıqlamalar verməyə az vaхt ayıran müğənni fürsət tapıb "Olaylar"a yeni planlarından danışdı: "Yaхın günlərdə yeni sinqlım çıхacaq. Türkiyə şirkətlərinin biri ilə müqavilə bağlamışam. Müqavilə bağladığım şirkətdə Ozan Çolaqoğlu çalışır. Sanballı, səviyyəli iş ortaya çıхarmaq üçün var qüvvəmlə çalışıram. Yaхın
vaхtlarda yeni diskim də işıq üzü görəcək. Türk bəstəkarları ilə bahəm Azərbaycan bəstəkarlarının mahnıları da diskdə yer alacaq. Əslində mən çoх böyük işlər görmək istəyirəm. Lakin büdcəm böyük işlərin altına girməyə o qədər də imkan vermir. Qızım İpək də mənimlədir. İpək mənə o qədər bağlıdır ki, mətbuata çoх vaхt ayıra, çəkilişlərə də qatıla bilmirəm. İpək bir dəqiqə də olsun mənsiz dayana bilmir. Türkiyədə yaşasam da qəlbim hər zaman öz vətənimlə döyünür".