Nadir Qafarzadə İbrahim Tatlısəsdən oxudu VIDEO
Nadir Qafarzadə: “İlk dəfə bunu mən etdim”
17 Avqust 2015 12:29 MədəniyyətHazırda ailəsi ilə birgə istirahətdə olan müğənni Nadir Qafarzadə yaradıcılığındakı yeniliyi təqdim edib. "Olaylar".az-a açıqlama verən ifaçı bildirib ki, Türkiyənin "İmperator" ləqəbli müğənnisi İbrahim Tatlısəsin repertuarından "Sarışınım" adlı mahnını ifa edib: "Hər həftənin ikinci günü "Azad Azərbaycan" telekanalında münsif olduğuma görə, uzun müddətli istirahətə yollanmaq imkanım yoxdur. Hər zaman olduğu kimi bütün diqqətim yaradıcılıq işlərimdədir. Bir müddət öncə "Haydı söylə" adlı türk mahnısını 6-8 ritmdə ifa etdim. Həmin mahnı maraqla qarşılandı. Onun ardından isə Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin repertuarından "Sarışınım" mahnısını da 6-8 ritmdə ilk dəfə mən oxudum. Düşünürəm ki, fərqli alınıb. Aranjeman işləri bu gün yekunlaşıb".