ATV-də yeni serial - TEZLİKLƏ

Yaxın günlərdə ekran "Məhkumlar"ı olacağıq

Azərbaycanda bütün parametrləri ilə dünya teleseriallarının tələblərinə cavab verə bilən teleserial çəkilişlərinə başlanılıb. "Məhkumlar" adlanan teleserialın rejissoru və baş produseri Yaşar Əhmədov, ssenari müəllifi is Vüsal Nurudur. Serialda cəmiyyətdə baş verən sosial problemlər: ailədaxili zorakılıq, erkən nikahlar, yaxın qohum nikahları, valideyn - övlad münasibətləri kimi ciddi sosial problemlər öz ekran həllini tapıb. Serialın ilkləri sözün əsl mənasında saymaqla bitmir. İlk dəfə Azərbaycanda çəkilən bir teleserialın internet portalı(www.mahkumlar.az) fəaliyyətə başlayıb. İlk dəfə teleserialın tanıtim filmi ayrıca filmin bölümlərindən olan fraqmanlardan istifadə edilmədən hazırlanıb. Bundan başqa ilk dəfə Azərbaycanda jön obraz yaratmaq məqsədi ilə teleserialın əsas qəhrəmanı Adil obrazının ifaçısı İlkin İbayev xüsusi olaraq Avstriyadan ölkəmizə dəvət olunub. Bütün bunlardan başqa teleserial hələ efirə verilməmişdən artıq ictimai nəqliyyat vasitələrində: avtobuslarda, metrolarda "Məhkumlar" teleserialının reklamları yerləşdirilib. Teleserialda çəkilən aktyorlar arasında əməkdar artistlər: Bakı Bələdiyyə Teatrının aktyorları, əməkdar artist Firəngiz Babayeva(Zərrintac), Aydın Əliyev(Fikrət), Sərvər Şahbəyli(Bəhram) kimi aktyorlar var. Ümumilikdə teleserialda 14 əsas və 10 -a yaxın yardımçı obraz mövcuddur. Teleserial 4 oktyabr  2012 -ci il tarixində saat 19:30 da ATV telekanalının efirində olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31