Azərbaycanın "Junior Eurovision" təmsilçisinin seçimi başladı

İlkin dinləmələrdə azyaşlı istedadlar arasından 12 nəfər seçilib

Dekabrın 1-də Niderlandın paytaxtı Amsterdamda keçirilən Uşaq Eurovision Mahnı Müsabiqəsində iştirak etmək üçün Azərbaycan təmsilçisinin seçiminə başlanılıb. "Eurovision" müsabiqəsinin Azərbaycan nümayəndə heyətindən ANS PRESS-ə verilən məlumata görə, ilkin dinləmələrdə azyaşlı istedadlar arasından 12 nəfər seçilib. Sonra isə peşəkar münsiflər heyəti tərəfindən bu uşaqlar arasından 5 nəfərə növbəti turda özünü sınamaq şansı verilib.Final yarışmasına hazırlaşan həmin 5 nəfər müxtəlif dildə və üslubda mahnılarla münsiflər heyəti qarşısında çıxış edəcəklər. Ölkəmizi təmsil etmək uğurda yarışa qatılan bu azyaşlılar 2 oktyabrda İctimai Televiziyanın "Yeni Gün" proqramında ictimaiyyətə təqdim olunacaqlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31