Bakıda Ukrayna rəssamlarının sərgisi keçiriləcək
13 Avqust 2015 11:42 MədəniyyətBakıda Ukrayna rəssamlarının sərgisinin keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı "OLAYLAR"-a Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Abdullayev verib. Bildirib ki, hazırda sərginin keçirilməsi ilə əlaqədar hər iki ölkənin müvafiq strukturları ilə məsləhətləşmələr aparılır: "Əgər nəzərdə tutduğumuz bütün işlər zamanında yekunlaşsa cari ilin sonuna qədər Azəbaycanda Ukrayna rəssamlarının sərgisi baş tutacaq". Xəzri Abdullayev bildirib ki, anoloji tədbirin Ukraynada keçirilməsi planları üzərində də iş gedir: "Həmçinin Azərbaycan rəssamlarının Ukraynada sərgisinin təşkil olunmasını arzu edirik və bu istiqamətdə düşünürük. Hesab edirəm ki, Bakıdan sonra Ukraynada da Azərbaycan rəssamlarının sərgisini təşkil etməyə nail olacağıq". Xəzri Abdullayev bildirib ki, bu kimi tədbirlər hər iki ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişaf etdirilməsinə öz töhfəsini verir.