Elşad Xose ilə Oksananın ayrılmalarının səbəbi bəlli oldu
2 Oktyabr 2012 11:31 MədəniyyətArtıq bir neçə müddətdir ki, rəqqasə Oksana Rəsulova ilə Elşad Xosenin ayrılmaları barədə şayiələr gəzirdi.Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, indiyə qədər heç kim bu ehtimalı nə təsdiq, nə də təkzib edib.Pərəstişkarları Elşadla Oksananın ayrılması ilə bağlı prosesi yaxından izləyirlər. Yerli telekanallar da bu məsələni diqqətdə saxlayırlar. Space telekanalının "Bazar" verilişinin aparıcısı məlumatlı mənbələrdən bu cütlüyün ayrılmasının səbəbini öyrənə bilib."Deyirlər ki, Elşad Oksananın xəbəri olmadan avtomobili satıb. Bu da Oksananı özündən çıxarıb. Hazırda onlar ayrılmağa hazırlaşırlar", - aparıcı qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31