Ulviranın verilişinə aparıcı tapılmır
İkinci həyat”ı bir həftə Rövşanə Bektaşi, sonra isə Zümrüd Qasımova aparacaq
2 Oktyabr 2012 11:27 MədəniyyətANS TV-nin populyar simalarından olan Ulvira Qarayeva yeni mövsümdə açmış olduğu "İkinci həyat" verilişindən uzaqlaşdırılmayıb.Milli.Az-ın əldə etdiyi məlumata görə, Qarayeva layihə rəhbəri kimi işini davam etdirir. Onu da öyrəndik ki, cəmi bir həftə boyunca teleaparıcı Rövşanə Bektaşinin təqdimatında yayımlanacaq proqramı növbəti günlərdə aktrisa, sözügedən kanalın simalarından biri olmuş Zümrüd Qasımova tamaşaçılara təqdim edəcək.Ulvira da boş oturmaq fikrində deyil. "İkinci həyat"ın format dəyişikliyinə görə həftənin bir günü sənətçilərimizin keçmişlərindən bəhs edəcək sənədli filmlər nümayiş olunacaq. Teleaparıcının şəxsən iştirakı ilə artıq iki müğənni haqqında film çəkilib. Onlar əməkdar artist Baloğlan Əşrəfov və estrada ulduzu Sevda Yahyayevadır.