Azərbaycanlı müğənni xristian qızla evləndi

Həyat yoldaşı 5 aydır namaza başladı, ardınca da oruc tutdu

Milli.Az xəbər verir ki, bu yaxınlarda "Yeni Ulduz" mahnı müsabiqəsindən tanınan müğənni Elnar Xəlilov subaylıqla vidalaşıb, özünə təmtəraqlı toy edib. Toyunun eksklüziv fotolarını təqdim edən Elnar, çoxlarına qeyri-adi görünəcək evliliyi barəsində belə məlumat verdi:"Həyat yoldaşım nişanlandığımız vaxt xristian idi. Amma toyumuzdan 5 ay əvvəl müsəlmanlığı qəbul etdi, namaza başladı, oruc tutdu. Məni ən çox sevindirən elə bu məqam oldu. Çoxları mənə sual edirdi ki, niyə seçdiyim xanım, azərbaycanlı olmadı?Cavabım çox sadədir. Axirətdə nə dinin, nə də milliyətin önəmi olmayacaq, insan əməllərinə görə cavab verəcək. İndi müsəlmanıq və şükr edirik buna. Xanımım artıq dilimizi də öyrənməyə başlayıb. Allah-Təaladan bütün gənclərə ən azı bizim qədər xoşbəxt olmağı arzulayırıq".Qeyd edək ki, toyları Bakıda olsa da, onlar Moskvada yaşayırlar. Və yaxın günlərdə yenidən Azərbaycana gələcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31