Konsertə hazırlaşan Niyam Salami Sərdar Ortacdan oxudu VIDEO

Azərbaycanlı müğənni Niyam Salami solo konsert vermək niyyətindədir. Bu barədə ....az-a ifaçının özü məlumat verib. O, bildirib ki, avqustun 17-də paytaxt məkanlarının birində ( Arzu restoranında ) çıxış edəcək: "Artıq bütün komandamla birgə avqustun 17-də verəcəyim konsertin hazırlıqlarına başlamışam. Həmin gecədə sürprizlər olacaq. Yeni mahnılar yazdırmışam. "Gum-gum" adlı mahnıma çəkilmiş klipi bu yaxınlarda təqdim etdim. Amma bu klip son deyil. Yeni mahnılarıma ekran həyatı verəcəm. Hələlik əsas diqqətimi verəcəyim konsertə yönəltmişəm. Həmin gün mənim qonaqlarım müğənnilərdən Hacı Nazim, Emil Bədəlov, Həcər Əliyeva, aktyor Elnur Kərimov olacaq. Düşünürəm ki, fərqli bir formatda konsert verəcəyəm. Bütün sevənlərimi də həmin konsertə dəvət edirəm".
Qeyd edək ki, N.Salami onu da əlavə edib ki, Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın repertuarından olan "Balım" adlı bəstəni oxuyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31