"O, pula görə getdi" - ETİRAF
1 Oktyabr 2012 20:54 MədəniyyətMüğənni İradə İbrahimova öz prodüserini "buraxmaq" qərarı verib.Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, prodüser Səbinə Hüseynova bundan sonra Rəqsanə ilə çalışacaq.İ.İbrahimova yerli telekanallardan birinə bildirib ki, Səbinəni Rəqsanə ilə işlədiyinə görə qınamır.
"Mən nadir hallarda Azərbaycanda oluram. Yalnız xüsusi toylara və verilişlərdə iştirak etmək üçün gəlirəm. Səbinənin Rəqsanə ilə işləməsini normal qarşıladım. Çünki o da işləməli, pul qazanmalıdır. O, yalnız pul qazanmaq üçün Rəqsanənin yanına gedib. Mən Səbinəni çox sevirəm, həmişə mənimlədir", - müğənni əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31