Bakıda Gürcüstan-Rusiya müharibəsinə həsr olunmuş fotosərgi keçirilir

Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıdakı Müasir İncəsənət Mərkəzində Rusiya-Gürcüstan müharibəsinə həsr olunmuş fotosərgi təşkil olunub. APA-nın məlumatına görə, tədbirin açılışında çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bu sərgi ilə 21-ci əsrdə yeni "Berlin divarları"nın necə tikildiyini və "sürünən ilhaq"ın necə baş verdiyini göstərmək istədiklərini deyib. Səfir fotoların müəllifinin Ceym Cons olduğunu bildirib. Sərgidə 2008-ci ildə baş verən hadisələrlə bağlı fotolar nümayiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31