Dərbənd Azərbaycan Dövlət Dram Teatrı festivalda
7 Avqust 2015 15:22 MədəniyyətRusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrı 29 iyul - 3 avqust tarixlərində Türkiyə Cümhuriyyəti Bartın şəhərində keçirilən Türkiyə Teatrlar Görüşü İNKUMU-2015 teatr festivalında iştirak etmişdir. Müxtəlif teatrlardan ibarət 17 qrup və ümumi 82 nəfər teatr adamının iştirak etdiyi festivalda Azərbaycan Dövlət Dram Teatrının direktoru Yadulla Haşimov Türkiyəli həmkarı Rasim Aşınla "Qonşu teatrlar" adı altında seminar keçirmişdir. Dərbənd Azərbaycan Dövlət Teatrının baş rejissoru Toğrul Kamalov iki gün aktyor sənəti üzrə, bir gün rejissor sənəti üzrə dərslər keçmiş, sonuncu gün isə dərslərin sonu olaraq, iki kiçik tamaşa hazırlayaraq tamaşaçılar qarşısında çıxış etmişdir. Çıxışlar tamaşaçılar və festival iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. Teatrımız gələcəkdə keçiriləcək bir sıra festivallara dəvət almışdır.