Sərxan Sərxandan xəbər var

Moskvada yaşayan tanınmış müğənni Sərxan Sərxan Bakıya gəlib.Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, o, "Qırmızı limuzin" filmində baş rolu ifa edəcək.
Müğənni "Ay gecikən məhəbbətim" mahnısının həmkarı Şəbnəm Tapdığa həsr olunması ilə bağlı şayiələrə də aydınlıq gətirib.
"Ola bilər ki, mən çox qadınların xoşuna gəlirəm. Ona görə hər biri düşünə bilər ki, bu mahnını ona həsr etmişəm. Biz o vaxt Şəbnəmlə bir çox televiziya verilişlərində iştirak etmişik. Aramızda başqa münasibətlər olmayıb. Bundan başqa mən həmin vaxt evli idim. Buna görə, başqa birini sevə bilməzdim. Düzünü desəm, bu şayiələr məni narahat etmir", - müğənni yerli telekanallardan birinə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31