Qazaxıstanda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib

Qazaxıstanın  Astana  şəhərində "Gənclərin Resurs Mərkəzləri"-ndə  çalışan ekspertlər  üçün beynəlxalq təlim kursu keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Qazaxıstanda beynəlxalq tədbirdə Azərbaycanı Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi Nərgiz Qurbani təmsil edib. Tədbirdə iştirakçı ölkələrdə gənclərlə iş, dövlətin gənclərə dəstəyi, gənclər təşkilatlarının fəaliyyəti və başqa sahələr üzrə məruzələr dinlənilib, fikir mübadilələri aparılıb.  Gənclər  üçün Təhsil Mərkəzinin  nümayəndəsi  həmçinin  ölkədə müxtəlif  illərdə qəbul edilmiş "Gənclər üçün Dövlət Proqramlarının" vacibliyini vurğulamış, çalışdığı mərkəzin keçirdiyi layihələrin təqdimatını edib. Təlim çərçivəsində Azərbaycan mədəniyyət gecəsi keçirilib. Gecədə Azərbaycanın tarixi, mədəniyyəti haqqında iştirakçılara məlumat verilib. Tədbirdə, həmçinin Azərbaycan haqqında videoçarx, mədəni irsimizi əks etdirən slaydlar və milli mətbəximizin nümunələri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31