Məşhur müğənni Bakıda 200 min dollara toyda oxudu
1 Oktyabr 2012 19:55 MədəniyyətBir neçə gün öncə Bakıya qonaq gələn Türkiyənin məşhur müğənnisi Zerrin Özer dünən paytaxt şadlıq evlərindəki restoranlardan birində keçirilən toy məclisinə qatılıb.
525.az-ın məlumatına görə, bəyin dostları tərəfindən toya hədiyyə olaraq gətirilən müğənni məclis iştirakçılarına öz musiqi töhfəsini bəxş edib.
Zerrin Özerin "Buta Palace"da keçirilən məclisə qatılmaq üçün toy sahibindən 200 min dollar məbləğində qonorar aldığı bildirilir. Toyda türkiyəli müğənni ilə yanaşı Aygün Kazımova, Faiq Ağayev və Röya da çıxış edib.
Qeyd edək ki, Özer Bakıya müğənni Samir Piriyevin dəvəti ilə gəlmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31