Hülya Avşara qadağa qoyuldu
Sultan olmağa hazırlaşan aktrisa milyonlarla gəlirindən məhrum olur
3 Avqust 2015 14:10 MədəniyyətMəşhur müğənni Hülya Avşar qadağalarla üzləşdi. ANS PRESS-in məlumatına görə, serial çəkilişilərinə hazırlaşan sənətçiyə qadağaları rejissoru edib. "Muhteşem yüzyıl"ıl davamı kimi çəkilən və Osmanlı tarixindən bəhs edən "Kösem Sultan" da rol alacaq aktrisa reklamlardan məhrum olacaq. H.Avşar 1.5 ay sonra Star TV-də yayıma başlayacaq "Muhteşem Yüzyıl Kösem Sutlan" serialında "Safiyə Sultan" obrazını canlandıracaq. Seriya başına 60 min lira (təqribən 25 min manat) alacaq aktrisa serial reytinq yəğarsa bu qadağalara əməl etməli olacaq. Qadağalara görə, Avşar serialda rol alacağı bir il ərzində magazin gündəmindən uzaq duracaq. Acun Ilıcalının yarışmalarında münsif kimi iştirak etməyəcək, proqram aparıcısı olmayacaq, 2016-cı il mövsümü üçün reklam təkliflərini qəbul etməyəcək. Hülya Avşar "Safiye Sultan" obrazında
Xatırladaq ki, dünyanın onlarla ölkəsində izlənmə rekordları qıran Timur Savcı "Muhteşem Yüzyıl" serialının da rejissoru olub. Yeni serialda baş rolun ifaçısı Beren Saat olacaq. Kösəm Sultan həm zəkası, həm də gözəlliyi ilə Osmanlı tarixinin ən güclü qadınlarından biri olaraq tanınır. Zəkası ilə Hürrəmi belə geridə qoyub. O, iki övladını padşah edən, nəvəsinin hakimiyyətini görən yeganə sultandır. Kösəm Sultan I. Əhmədin həyat yoldaşı, IV.Murad və I.İbrahimin anasıdır.