Vüsalə özünə klip çəkəcək
3 Avqust 2015 12:02 MədəniyyətMüğənni-teleaparıcı Vüsalə Rəcova klip çəkilişinə hazırlaşır. Müğənninin "Kaptan" adlı mahnısına yay əhval-ruhiyyəli klip çəkiləcək. Bu barədə "Olaylar"a sənətçi özü məlumat verib. "Mahnının sözlərini türkiyəli şairə Ayşə Birgül Yılmaz yazıb. Musiqisi və aranjimanı 7 illik dostum Rasim Məmmədova məxsusdur. Klipin rejissoru özüməm. İlk dəfə özümə klip çəkəcəm. Televiziya işçici olduğumdan, bu məsuliyyətin öhdəsindən gələcəyimə əminəm" - deyə V.Rəcova bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31