Fəxrəddin Manafov teatra qayıdır
31 İyul 2015 16:38 MədəniyyətTanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov yeni mövsümdən Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, F.Manafov xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" əsərində baş rolu oynayacaq. Həmçinin, yeni mövsümdə xalq artistləri Fuad Poladov və F.Manafov eyni tamaşada çıxış edəcəklər. Xatırladaq ki, xalq artisti F.Manafov uzun zamandır heç bir teatrda səhnəyə çıxmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31