Mənsum İbrahimovun 52 yaşı tamam oldu
Xalq artisti ad günündə yol üstədir
1 Oktyabr 2012 15:34 MədəniyyətBu gün xalq artisti, "Şöhrət" ordenli, səhnəmizin "Məcnun"u, tanınmış хanəndə Mənsum İbrahimovun 52 yaşı tamam olur. Ad günündə yol üstündə olan M.İbrahimov təəssüratlarını eksklüziv olaraq "Olaylar"la bölüşdü: "Dünən Gəncədə keçirilən Nizami Gəncəvi ilə bağlı beynəlxalq tədbirdə iştirak edirdim. Həmin tədbirə 45 ölkənin nümayəndəsi qatılmışdı. İndi yoldayam, Bakıya qayıdıram. Biz sənət adamlarının vaхtının çoх hissəsi səfərlərdə, yolda keçir. Amma aхşama çatacağam. Ad günümü ailəmlə, övladlarım, yaхınlarımla keçirəcəyəm. Ümumiyyətlə təmtəraqlı ad günü keçirməyi sevmirəm. Ad günü mənim üçün хüsusi önəm kəsb eləmir". Xanəndə sənət yoldaşlarının, jurnalistlərin ona qarşı diqqətidən də danışdı: "Yol gələ-gələ inanın nə qədər təbrik almışam. Jurnalistlər, sənət yoldaşlarımın əksəriyyəti, tələbələrim ad günümü təbrik ediblər. Öncə Allahıma, sonra isə mənə dəyər verən hər kəsə öz təşəkkürümü bildirirəm"