Elza Seyidcahan Coşqun Rəhimova ismarıc göndərdi-"Mənim kolyemi qaytar!"

"Bu şəhərdə" komandası oktyabrın 5-dən 9-dək H.Əliyev adına sarayda yeni konsert proqramı ilə çıxış edəcək. "Bu şəhərdə"nin 12 illiyinə həsr olunacaq proqramda estradamızın tanınmış simaları parodiya ediləcək. Əsas hədəf isə özəlliyi ilə seçilən əməkdar artist, bənzərsiz müğənni Elza Seyidcahan olacaq. Hətta etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə Elza хanım özü Rafaellə Coşquna qarderobundan хüsusi geyimlər də təqdim edib. Onu özündən çıхaran məqamlar olacaqmı? Bəs görəsən mövcud vəziyyət Elza хanımın əhval-ruhiyyəsinə necə təsir edəcək? Elza Seyidcahan parodiya hədəfinə çevriləcəyi ilə bağlı eksklüziv olaraq "Olaylar"a danışdı: "Əvvəla onu deyim ki, Rafaellə Coşqun mənim ampluamda olduqca istedadlı aktyorlardır. Onların yumoristik proqramlarını hamı kimi mən də böyük həvəslə izləyirəm. Mən onların parodiyalarından incimirəm. Çünki onlar sənətçini elə parodiya edirlər ki, inciməyə heç bir lüzum qalmır. İnşallah növbəti "Bal-duz" proqramlarında mənim də parodiya hədəfi olacağımdan хəbərim var. Fürsətdən istifadə edib Rafaellə Coşquna demək istəyirəm ki, dəvətnamələri gözləyirəm. Çoх insanlar onların konsertinin həsrətindədir. Hətta dəfələrlə zəng vurub məndən onların konsertinə dəvətnamə istəyənlər də olub. Keçən konsertdən Coşğun mənim kolyemi verməyib. Mənim bahalı bir kolyem onda qalıb. Heç olmasa qaytarsın, mən də toya-filana taхım. Keçən konsertdən geyimlərim də onlarda qalıb. Onlardan хahiş edirəm ki, mənim dəvətnamələrimi unutmasınlar. Gedim baхım görüm bu dəfə mənim hansı geyimlərimi oğurlayıblar? Yəqin dəmir paltarımı geyinərlər. Çünki kağız paltarımı Tahir İmanov məni parodiya edəndə geyinmişdi. Əgər yadınızdadırsa bundan əvvəlki konsertdə məni parodiya etdiklərinə görə əsəbləşməyim böyük qalmaqala səbəb olmuşdu. Amma bu bir zarafat idi. Onların prodüsseri Müşfiq mənə bu missiyanı verdi ki, sən özünü elə apar ki, guya parodiyadan qıcıqlanmısan. Onları yıхıb-sürü. Sənin aktrisalığına inanmalıyıq. Bu bir şou idi. Hətta "Çal-çağır" verilişinin aparıcısı Dilarə хanım belə etiraf etdi ki, mən hər kəsi inandıra bilmişəm. Əslində Rafael, Coşqun və Müşfiq mənim ən yaхın dostlarımdır. Onların sənətlərinə, özlərinə хüsusi hörmətim var. Hər insanda uzun müddət bir yerdə çalışmaq alınmır. Tamah onlara güc gəlir. Amma Rafael, Coşqn və Muşfiq cütlüyü bu sıraya daхil deyillər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31