Timatidən Saakaşviliyə cavab - "Əsl kişi qalstuk yeməz!"
Odessa qubernatoru reperin konserini ləğv etdirdi
27 İyul 2015 11:10 MədəniyyətRusiyalı reper Timati ilə Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa qubernatoru olan Mixail Saakaşvili arasında qalmaqal get-gedə böyüyür. ANS PRESS-in məlumatına görə, reper keçmiş prezidentin onun konsertinə qadağa qoymaq təklifinə sosial şəbəkədən cavab verib.Məlumat üçün qeyd edək ki, Timatinin Odessanın gecə klublarından birində konserti planlaşdırlmışdı. Lakin Saakaşvili bu konsertə sərt reaksiya verib. Ukraynanın gürcü siyasətçisi müğənnini boykot etməyi, sərhədləri bağlamağı, onu ölkəyə buraxmamağı təklif edib.Bu barədə mesajı qubernator öz Facebook səhifəsində yerləşdirib.31 yaşlı Timatinin cavabı isə gecikməyib. O, da İnstagram səhifəsində Saakaşvilini sərt tənqid edib. O, deyib ki, bu sözlərdən sonra Odessada konsert verməyi düşünmür. "Saakaşvilinin əlinə təxribat üşün əlavə şans verməmək üçün konsert verməyəcəm. Öz ölkəsini tərəfindən axtarışa verilən siyasətçinin sözlərini ümumiyyətlə ciddi qəbul etmək olar?!Əsl kişi iş görür, qalstukunu yemir", deyə Sakkaşvilinin "Kadırovun ən yaxın dostu" adlandırdığı reper qeyd edib.Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında gərginlik bir neçə ildir davam edir. Krımın Rusiya tərəfindən ihlaqından sonra münasibətlər daha çox gərginləşib. Ukrayna Rusiya istehsalı olan filimlərin nümayişi, rusiyalı artistlərin çıxışına qadağalar qoyub. Bu siyahıda 500-ə yaxın soyad var.Timatinin konserti təşkil edən klub da açıqlama yayaraq tədbirin ləğv edildiyini bildirib. "Biz bu məsələ də siyasi vəziyyəti nəzərə almamışdıq".