Azərbaycan “Meykin-Asiya” beynəlxalq festivalında təmsil olunur

Qırğızıstanda, İssık-Gül gölünün sahilində, kurort şəhəri olan Çolpon-Atedə ikinci "Meykin-Asiya" beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, festivalda 19 ölkədən gəlmiş iştirakçılar bir-bir öz istedadını nümayiş etdirib. Ölkəmizi bu yarışda təmsil edən müğənni Yaşar Yusub 12-ci nömrə altında "Yanındayam" mahnısını ifa edib. Festivalın təşkilatçılar komitəsinin üzvləri sırasında məmurlar, mədəniyyət xadimləri və teleşirkət təmsilçiləri ilə yanaşı səhnəmizin роpulyar müğənnisi Roza Zərgərli yer alıb.  Festivalın açılış mərasimində Qırğızıstanın baş naziri Temir Sarıyev, baş nazirin müavini Damir Niyazəliyev, mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov, daxili işlər naziri Melis Turqanbayev və digər mədəniyyət xadimləri iştirak edib. Festivalın daha bir sürprizi populyar müğənnimiz ilə bağlıdır. Belə ki, Roza Zərgərli öz ifası ilə festivala yekun vuracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31