Bu gecə Bakıya gələn qonaq kimdir?

Səfərin gecə saatlarında baş tutması təmtəraqlı məclisi təxirə saldı.Milli.Az xəbər verir ki, sentyabrınn 29-dan 30-na keçən gecə Türkiyənin tanınmış müğənnisi Zerrin Özer ilk dəfə Azərbaycana qonaq gələcək. Bir neçə gün bundan əvvəl xəbər vermişdik ki, Zerrin xanım məhz estrada müğənnisi Samir Piriyevin şəxsi qonağı kimi vətənimizə təşrif buyuracaq.Əslində pop-diva günorta saatlarında paytaxtamızda olmalı idi, sadəcə, İstanbulda bəzi işləri səbəbindən bu istəyini gecəyarısı gerçəkləşdirir.Bundan xəbər tutan Piriyev Z.Özerin şərəfinə təşkil etmək istədiyi banketi təşkil etməyi təxirə salmaq məcburiyyətində qalıb. Onu da öyrəndik ki, Samir sabah günorta saatlarında Zerrin Özeri cənub bölgələrimizlə tanış etmək üçün yola çıxacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31