“Daş ürəklər”
16 İyul 2015 12:14 MədəniyyətAzərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin müəllifi olduğu mahnıya klip çəkilib. "Olaylar"ın məlumatına görə, bəstəkarın "Daş ürəklər" adlı mahnısına rejissor Nail Naiboğlu ekranlaşdırıb. "Mahnını Nailə Mirməmmədlinin tələbəsi, müğənni İnci ifa edib. Klipdə 4 obrazı canlandıran İncinin tərəf müqabili model İsmayıl Kərimov olub. Obrazlar üzərində stilist Anar Məmmədov işləyib", - N.Naiboğlu deyib. Rejissor onu da qeyd edib ki, klip 18 saata çəkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31