“14 iyul Azərbaycanın şərəflə yad etdiyi gündür” – Faiq Ağayev VIDEO
14 İyul 2015 17:34 MədəniyyətAzərbaycanın xalq artisti Faiq Ağayev Ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbər seçilməsi barədə danışıb. F. Ağayev 1969-cu il 14 iyul tarixinin Azərbaycanın şərəflə yad etdiyi gün olduğunu deyib. Daha sonra xalq artisti tarixi gün münasibətilə etdiyi çıxışının video görüntüsünü "Facebook" ünvanında yayımlayıb. Xatırladaq ki, 14 iyul 1969-cu il respublikamızın tarixinə dönüş günü kimi yazılıb. Həmin gündə Ulu öndər Heydər Əliyev respublikamıza birinci dəfə rəhbər seçilib. Respublikamızın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin günün danılmaz rolu olub.
"Olaylar.az" xalq artisti Faiq Ağayevin həmin çıxışının video görüntüsünü təqdim edir: