Tural Bayraməliyev və “A-dan Z-yə” komandasını birgə xeyriyyə tədbiri VIDEO

ANS-in "A-dan Z-yə" komandası Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün pansionatda xeyriyyə tədbiri təşkil ediblər. Bəstəkar-şair Tural Bayraməliyev isə xanımı ilə birlikdə qocalar evinin 200-dən çox sakini üçün iftar süfrəsi təşkil edib. Verilişin aparıcısı Zaur Nəbioğlu komandası ilə birlikdə növbəti buraxılışı məhz Ramazan ayında qocalar evində çəkməyə qərar verib. İftar süfrəsinin təamlarından dadan pansionatın sakinləri eyni zamanda bayram əhval-ruhiyyəli konsert proqramı izləyiblər. Yaşlı nəslin nümayəndələrinin ən çox eşitmək istədiyi sənətçilərdən - Mətanət Əsədova, Təranə Qumral, Musa Musayey, Tacir Şahmaroğlu, Yusif Mustafayev ,Manaf Ağayev canlı ifalar təqdim ediblər. Turla Bayraməliyev çıxışında: "Yaşlı nəslin nümayəndələrinə hər zaman diqqət göstərməliyik. "A-dan Z-yə komandası ilə bu gün ağbirçək və ağsaqqallarımızın üzündə bir azda olsa təçəssüm yarada bildik. Allah hər bir evi böyüksüz etməsin" deyə bildirib. Sonda Müharibə və Əmək Əlilləri üçün pansionatın rəhbəri Qətibə Əsədova çıxış edərək bayram əhval-ruhiyyəli xeyiryyə tədbiri üçün təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31