Azərbaycanda ucuz otellər tikiləcək VIDEO

Motellərin inşasına da xüsusi önəm veriləcək

Azərbaycanda daha ucuz, orta səviyyəli otellər tikiləcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazir bildirib ki, yüksək ulduzlu və lüks otellərin üstünlük təşkil etməsi ölkənin dünyada tanınması baxımından vacibdir. Amma artıq ucuz otellərin də tikilməsinə vəsait ayrılacaq."İlkin mərhələdə ölkəni tanıtmaq üçün daha vacib bu ölkələrin böyük şirkətlərlə, böyük şəbəkələrlə əlaqələrin qorunması idi. Bu gün Azərbaycana xaricdən gələn insanlar eşidəndə ki, burada "Hilton", "Mariott" kimi otellər var, artıq o öz saytını daha rahat tərtib edir, çünki bu şəbəkələrin bütün dünyada təcrübəsindən xəbərdardır. İndi ikinci mərhələdə Azərbaycanda daha ucuz otellərin tikintisi bir proqramda nəzərdə tutulub. Bu istiqamət SKMF tərəfindən də dəstəklənir. Biz ümumiyyətlə, Azərbaycanın bölgələrində də, paytaxtımızın özündə də 3 ulduzlu, 2 ulduzlu otellərin, motellərin inşasına xüsusi önəm verəcəyik", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31