Yunus Oğuzun daha bir tarixi romanı işıq üzü gördü

“Sultan Alp Arslan” Səlcuq dövlətinin sultanının həyatından bəhs edir

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Sultan Alp Arslan" tarixi romanı işıq üzü görüb. Filologiya  elmləri doktoru, professor, millət vəkili Nizami Cəfərovun ön söz yazdığı kitabda Böyük Səlcuq dövlətinin sultanı Alp Arslanın həyat hekayəsindən bəhs olunur. Nizami Cəfərov yazır ki, müəllif kitabda hadisələri  təsvir edərkən həm elmi-publisistik bir dəqiqliklə onların xronologiyasını verir, həm də həmin hadisələrə mistik müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi qənaətinə gələrək bu təsirlərin metafizik semiotikasını müəyyənləşdirməyə çalışır: "Yunus Oğuz indiyə qədərki tarixi romanlarında olduğu kimi "Sultan Alp Arslan"da da türklərin möhtəşəm tarixlərilə, hər şeydən əvvəl bir övlad duyğusallığı ilə qürur duyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31