Niyam Salami yeni avtomobil aldı
14 İyul 2015 13:49 MədəniyyətÖtən ay avtomobil qəzası keçirən azərbaycanlı müğənni Niyam Salami yeni avtomobilinə sahib olub. Bu barədə "Olaylar" az-a ifaçının özü məlumat verib: "Keçirdiyim dəhşətli avtomobil qəzasından sonra bir çox dostlarımı yaxından tanıdım. Bir neçə insanı isə özüm üçün kəşf etdim. Həqiqətən də maşın insanın ikinci evi sayılır. İki ay idi ki, maşınsız idim. Sanki nəyisə itirmişdim. Allaha çox şükür ki, yeni avtomobilimə qovuşdum".
Qeyd edək ki, N.Salami iyunun 8-i gecə saatlarında Sabuçu dairəsində avtomobili idarə edərkən qəflətən maşının təkəri qoparaq, dərəyə aşmışdı. İfaçı 2 ilə yaxın idi ki, həmin "Ford" markalı avtomobili idarə edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31