Flora Kərimova yenə də od püskürdü

Azərbaycanın xalq artisti Flora Kərimova şou-biznes əhlindən danışıb.Flora Kərimova müğənniləri bir çox şeylərdə ittiham edib. Xalq artisti SİA-ya açıqlaması zamanı onları "ağ yuyub, qara sərib": "Mən düşünürəm ki, indiki müğənnilərin tutduğu yol utandırıcıdır. Çünki hamısını sosial durum maraqlandırır.Ürək ağrıdıcı məsələdir ki, ifaçılarımız ancaq qazanmağı, yaxşı geyinməyi, bahalı avtomobil sürməyi fikirləşirlər. Heç gələcəyini düşünən müğənni yoxdur. Onlar bilməlidirlər ki, geyinib-keçinməklə öz mahiyyətlərini dəyişə bilməzlər. Hətta toylardan zülmlə qazandıqları pullar da onların dadına çata bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31