Ayan biseksual müğənni ilə səhnəyə çıxası olmadı: "Yalan olan yerdə..."
13 İyul 2015 13:27 MədəniyyətPaytaxt məkanlarının birində müğənni Azislə səhnə alacaq ifaçı Ayan Babakişiyeva gözlənilməz addım atıb. "Olaylar"ın məlumatına görə, ifaçı bildirib ki, o, müəyyən səbəblərə görə, Azisin konsertində çıxış etməyəcək: "İyulun 25-də Azisin konsertində olmayacam. Bu, mənim şəxsi qərarımdır. Sadəcə, bunu bilin ki, söz-söhbət, yalan olan yerdə mən yoxam. Çünki hər zaman özümə və şəxsi prinsiplərimə sadiq qalmışam. Verilən sözlər sabah yaddan çıxırsa, deməli məsuliyyətsizlikdir".
Qeyd edək ki, A.Babakişiyeva konsertin təşkilatçısı ilə razılıq əldə edə bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31