İctimai xadim “Azərbaycanın səsi” layihəsinin iştirakçısını sərt ittiham etdi

"Son günlər gənclərimizin əksəriyyəti "Facebook" səhifələrində "Azərbaycanın səsi" layihəsində iştirak edən Ani adlı gənc müğəninin klipini paylaşıb, böyük həvəslə izlədiklərinin şahidi oldum. Sözsüz ki, klip Azərbaycan mental dəyərlərinə tam zidd şəkildə çəkildiyindən, telekanllarda yayımlana bilməmişdir". Bunu ictimai xadim, ailə məsələləri üzrə ekspert "Azərbaycanın Səsi" müsabiqəsinin iştirakçısı Anini tənqid edərkən, deyib. O, gənc müğənnini milli mənəvi dəyərlərə zidd hərəkətinə görə ittiham edib: "Gənc müğənni Aniyə müraciət edərək bildirirəm ki, bu gün biz söz və sərbəst hərəkət etmək azadlığı olan bir ölkədə yaşasaq da, unutmamalıyıq ki, damarlarımızda əxlaqi bütöv ulularımızın qanı axır. Hər hansı bir addımı atanda da milli mənəvi dəyərlərimizi unutmamalıyıq. Bu gün televiziyalarımızda təşkil olunan müsabiqələrimiz nəticəsində populyarlıq qazanırsınızsa, bu istedanızı düzgün istiqamətdə istifadə edin. Çünki sizdən sonra gələn gənclər məhz sizin addımlarınızdan örnək götürməyə çalışırlar. Bu məsuliyyətinizi dərk edin!" H.Quliyev son zamanlar Milli Televiziya və Radio Şurasının milli dəyərlərə zidd ifadələrin və qeyri-əxlaqi süjetlərin yayımlanmasına ciddi nəzarət etməsini təqdir edib:
"Azərbaycan sözün tam mənasıyla tolerant, müasir ölkədir və bütün istedadlı insanlar üçün tam şərait yaradılıb. Lakin, gənclərimiz də bundan sui-istifadə etməməlidirlər. Dövlətimizin idmana, mədəniyyətə, gənclərimizin milli mənəvi dəyərlər üzrə formalaşmasına yer ayırdığı bir vaxtda, gənclərimizdə bu kimi səhv düşüncə formalaşdıran klip və digər təbliğat vasitələrinin təbliğində ictimai qınaqdan kənarda qalmamalıdır. Çünki dövlət proqramları çərçivəsində Azərbaycan gəncliyinin gələcəyi sağlam düşüncələrlə yetişmiş bir gənclik kimi formalaşır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31