Əli Mirəliyev Mətanətin müdafiəsinə qalxdı: "Aygünü, Brilliantı söysün"

Müğənni Əli Mirəliyev həmkarı Mətanət Əsədovanın müdafiəsinə qalxıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, özünü alim kimi təqdim edən Əziz Musaoğlunun müğənni Mətanət Əsədova barəsində dediyi fikirlər onu özündən çıxarıb: "Xalq artistləri Aygün Kazımova, Brillint Dadaşova açıq-saçıq kliplər çəkdirirlər. O alim deyilən şəxs onları söysün. Mətanəti niyə söyür? Mən hələ görməmişəm ki, Mətanət açıq-saçıq geyinsin, özünü gözə soxsun. Əziz Musaoğlu düzgün hərəkət etməyib. Fikrimcə onun dediyi "fahişə" sözü Mətanətə aid deyil. Mən illərin ifaçısı kimi Mətanətin ifa tərzini bəyənirəm. Mətanət heç kimdən qorxan adam deyil. Mərd xanımdır. Mənim kimi sözün düzünü deyəndir. Geyimi də abırlıdır. O, alim deyəsən mənim kimi qalmaqala girib, reklam olunmaq istəyir. Amma o, səhv ünvan seçib".
Xatırladaq ki, iyunun 30-da "Space" televiziyasında yayımlanan "Günaydın" verilişində Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Əziz Musaoğlu müğənni Mətanət Əsədovanın geyiminə irad tutub və ona qarşı nalayiq ifadələr işlədib. M.Əsədova isə Ə.Musaoğlunu məhkəməyə verib. İfaçının vəkili Ceyhun Yusifov bildirib ki, iddia ərizəsi Cəbrayıl Rayon Məhkəməsinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31