Təranə Qumral Nazəninə uduzdu: 10 min manat ödəyəcək VIDEO

Müğənni Nazəninin Təranə Qumralla məhkəmə prosesinə yekun vurulub. Lent.az-ın məlumatına görə, Nazəninin vəkili Adəm Məmmədov Lent.az-a bildirib ki, məhkəmənin nəticəsinə əsasən, T.Qumral qarşı tərəfə 10 min manat təzminat ödəməli və üzr istəməlidir: "Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatına aid olduğu üçün qapalı oldu. Məhkəmədə Təranə Qumralın Nazənin xanımın həyat yoldaşına yazdığı mesajları da üzə çıxdı. Nəticədə Təranə Qumral ifaçının şərəf və ləyaqətini alçaltdığı üçün ona on min manat ödəməlidir. Məhkəmə zamanı qarşı tərəfin vəkili də onların haqsız olduğunu bilib, müdafiədən imtina edib".

Müğənni Nazənin də Lent.az-a təəssüratlarını bölüşüb: "Artıq məhkəmə yekunlaşdı. Məhkəmədə qarşı tərəfin iddialarının əsassız, şər olduğu sübut edildi. Mən xeyli vaxt susdum. Haqlı olduğumu bilirdim. Vəkilimin məhkəməni udacağına inanırdım. Mənə və ailəmə atılan yalan və böhtanların cavabını məhkəmə prosesindəki qalibiyyətimlə verdim. Bir sözlə, Təranə Qumralı ərimlə tutmuşam və bunu sübut da etdim".

Qeyd edək ki, Nazənin və Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.
Məsələ ilə bağlı dəfələrlə müğənni T.Qumralla əlaqə saxlasaq da, ifaçı dəstəyi götürmədi. Müğənninin mətbuat katibi Əfruzə Ağayeva Lent.az-a açıqlama verərək bildirib ki, məhkəmə ilə bağlı yaxın günlərdə mətbuata açıqlama yayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31