Naxçıvanda üzümçülüyün tarixi araşdırılıb

“Naxçıvan Muxtar Respublikasının Ampeloqrafiyası” çap olunub

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov və həmin institutun əməkdaşı, biologiya elmləri üzrə fəlsəfə doktoru, dossent Varis Quliyevin birgə tərtib etdikləri "Naxçıvan Muxtar Respublikasının Ampeloqrafiyası" adlı fundamental kitab çap olunub.Kitabda muxtar respublika ərazisində üzüm genefondunda olan müxtəlif növ və sortlar barədə ətraflı məlumatlar toplanılıb. Nəşrdə üzümçülüyün inkişaf tarixi, Naxçıvan üzümçülüyünün müasir vəziyyəti, sort müxtəlifliyinin araşdırılması, üzümçülüyün inkişafı üçün yararlı torpaq sahələri, üzüm tənəyinə təsir edən ekoloji amillər, genefondun tərkibi, yabanı üzüm sortları haqqında məlumatlar, onların bioloji xüsusiyyətləri, becərilməsi, eyni zamanda mühafizəsi üçün müvafiq tədbirlər, məlumat mənbələri öz əksini tapıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31