Yunus Oğuzun “Attila” kitabı rus dilinə tərcümə edilib
9 İyul 2015 14:56 MədəniyyətYazıçı-publisist Yunus Oğuzun "Attila" kitabı rus dilində işıq üzü görüb. Redaktoru Oksana Bulanova olan kitab rus dilinə Əli Səidov tərəfindən tərcümə olunub. Kitabda qeyd olunur ki, yazıçı-publisist Yunus Oğuz müasir dövrümüzdə ən məşhur janrlardan olan tarixi mövzularda əsərlər yazmaqla qədim türk tarixini təbliğ edir. Kitabda türk sərkədəsi Attilanın idarəçilik metodundan, güclü sərkərdəliyindən, qazandığı qələbələrdən geniş söhbət açılır və oxuculara məlumat verilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31