Elnarə Avropa Oyunlarının qaliblərini təbrik edib VIDEO

Müğənni Elnarə Xəlilova Bakıda keçirilən 1-ci Avropa Oyunlarının azərbaycanlı iştirakçılarına mahnı həsr edib. ..... "Olimpiya himni"nin musiqisi Alxanlı, sözləri İsmayıl Dadşov, aranjemanı Əvəz Muradova məxsusdur. Mahnının video versiyası sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilib. Video çarxda 1-ci Avropa Oyunlarının bütün yaddaqalan məqamları yer alıb. Oyunlar zamanı yadda qalan qaliblərdən biri də qızıl medal sahiblərindən biri Rəsul Cunayev idi. O, Ali Baş Komandana əsgər salamı verməklə milyonların rəğbətini qazanıb.
Qeyd edk ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri olan R. Cunayev ötən gün DSX-nın rəisi tərəfindən leytenan rütbəsi ilə təltif edilib. Video çarxda Avropa Oyunlarında iştirak edən və təltif edilən digər sərhədçi idmançılar da yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31