Avrasiya arxeologiyası

1-5 oktyabr tarixində ölkəmizdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyənin Doqquz Eylül Universitetinin birgə tərəfdaşlığı ilə IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, tədbirin builki əsas müzakirə mövzusu Avrasiya regionunda arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivləridir. Tədbirin açılış mərasimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, yerli və xarici elm və mədəniyyət xadimlərinin iştirakı ilə 2 tarixində Ağsu şəhərində Orta əsr Ağsu şəhər arxeoloji kompleksində baş tutacaq. Beynəlxalq konfransın arxeologiya və etnoqrafiya mövzusunu əhatə elədiyini nəzərə alaraq, açılış mərasimində iştirakçılara ölkəmizin zəngin ənənələrinin və folklor nümunələrinin təqdim edilməsi nəzərdə tutulur.3-4 oktyabr tarixində beynəlxalq konfrans arxeologiya, etnoqrafiya, qayaüstü təsvirlər və mədəni turizm mövzusunda sessiyalarda işini davam etdirəcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31